Gallup International şirkətinin Ermənistanda apardığı son araşdırmaya əsasən, Ermənistan vətəndaşlarının təxminən 60%-i Baş nazir Nikol Paşinyanın fəaliyyətindən narazıdır.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Araşdırma oktyabr ayının sonunda telefon vasitəsilə keçirilib və 1100 nəfər respondent iştirak edib. "Baş nazir Nikol Paşinyanın işini necə qiymətləndirirsiniz?" sualına cavablar belə olub:
14,1% - tamamilə müsbət,
20,4% - daha çox müsbət,
16,1% - daha çox mənfi,
41,5% - tamamilə mənfi,
7,9% - cavab verməkdə çətinlik çəkib.
Emil Bağızadə