Çinin neft emalı zavodları dəyişən şərtlər səbəbindən İran və Rusiya neftindən imtina edərək Afrikada neft bazarı axtarışına çıxıblar.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, bu, İranın neft naziri Mohsen Paknejadın Donald Trampın ABŞ prezident seçkilərində qələbəsinin Tehranın neft ixracına heç bir təsiri olmadığına əminliyini ifadə etməsindən sonraya təsadüf edir.
Məlumata görə, Çin şirkətlərinin Afrika ölkələrindən sifariş vermələrinin digər səbəbi isə İsrailin İrandakı neft strukturuna hava zərbələri və ixracatın azalacağı barədə narahatlıqdır. Bu səbəblərdən Çin şirkətləri Afrika ölkələrində alternativ neft ixracatçıları axtarmağa başlayıblar.