Dünya xəbərləri

Cənubi Koreya münaqişə yaşayan ölkələrə “silah göndərməmək” siyasətini uzun müddətdir davam etdirir.  Lakin Pxenyanın Rusiyaya qoşun göndərərək Ukraynada müharibəyə dəstək verməsi bu siyasətin dəyişə biləcəyini göstərir.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreyanın prezidenti Yoon Seulda keçirdiyi mətbuat konfransında bildirib ki, biz Şimali Koreyanın münaqişədəki iştirakı səviyyəsindən asılı olaraq, dəstək strategiyamızı mərhələlərlə dəyişdirəcəyik.

Onun sözlərinə görə, bu onları silahla təmin etmək imkanlarını istisna etmir.

Həmçinin, onu da qeyd edək ki, Şimali Koreya Rusiyanın Ukraynada apardığı genişmiqyaslı hücuma açıq şəkildə dəstək verən ən mühüm tərəfdarlarından birinə çevrilib. Seul və Qərb ölkələri, Pxenyanı əvvəllər Rusiyaya Ukraynada istifadə üçün artilleriya mərmiləri və raketlər göndərməkdə ittiham ediblər.

Son məlumatlara görə, Şimali Koreya Rusiyaya təxminən 10.000 qoşun göndərib, bu da ölkənin münaqişəyə daha dərindən qarışdığını göstərir. Bu addım, Cənubi Koreya, Kiyev və Qərb ölkələrində ciddi narazılıqlara səbəb olub.

Nəzrin Salmanova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il