Çin və ABŞ-ni ən güclü dövlət statusundan məhrum edə biləcək hadisənin adı açıqlanıb.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Şandun Universitetinin professoru Jia Venşan məlumat verib. O bildirib ki, Çin və ABŞ Tayvan məsələsinə görə aralarında hərbi münaqişə başlasa, dünyanın ən güclü ölkələri statusunu itirəcək:
“Açığını deyim ki, Tayvan boğazı problemi düzgün həll olunmasa, bu, Çin, ABŞ, Asiya və bütün dünya üçün son dərəcə əlverişsiz olacaq”, - o etiraf edib. Ekspert qeyd edib ki, Çin və ABŞ son on ildə bir-biri ilə silahlı münaqişəyə hazırlaşır və indi faktiki olaraq qarşılıqlı çəkindirməyə başlayıb.
Bu baxımdan o, bu məsələnin sülh danışıqları yolu ilə həll edilməli olduğunu vurğulayıb.