Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, ABŞ-da Donald Trampın prezident seçilməyi ilə geosiyasi vəziyyətin dəyişə biləcəyini və Avropanın buna hazır olmalı olduğunu bildirib. O, Avropa İttifaqının müdafiə siyasətini gücləndirməsinin zəruriliyini vurğulayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Brüsseldə keçirilən Avropa Parlamentinin iclasında ABŞ-da keçirilən prezident seçkilərinin Aİ-ABŞ münasibətlərinə mümkün təsirləri müzakirə edilib.
Borrell bildirib ki, Trampın ilk dövründə bəri Avropanın müdafiə xərclərindəki artım yavaş olub və Trampın yenidən seçilməsi bizim təhlükəsizliyimizi gücləndirmək və təhlükəsizlik məsələlərində müstəqil olmaq üçün siqnal olmalıdır.
Tramp administrasiyasında Ukraynaya ABŞ dəstəyinin dəyişməsi ehtimallarını dəyərləndirən Borrell, Avropanın Ukraynaya dəstəyini davam etdirməli olduğunu bildirib. O, lazım gəldikdə dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirin Ukraynaya kömək üçün istifadə edilməsinin mümkünlüyünü də vurğulayıb.
Avropa İttifaqının yalnız NATO-ya bağlı qalmaması və öz hərbi gücünü inkişaf etdirməsinin vacibliyinə toxunan Borrell, Avropanın öz təhlükəsizlik maraqlarını müstəqil şəkildə qoruması lazım olduğunu bildirib.
İclasda çıxış edən bəzi millət vəkilləri, ABŞ siyasətində dəyişikliklərin Avropa üçün çətinliklər yarada biləcəyini və bununla əlaqədar Avropanın iqtisadi və hərbi müstəqilliyinin gücləndirilməsini təklif ediblər.
Elnurə Kərimova