ABŞ dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Brayan Nikols Braziliyanın “O Globo” qəzetinə müsahibəsində ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı uzaqmənzilli zərbələrə icazə verib.
Onun sözlərinə görə, bu qərar Ukraynaya “özünü müdafiə etmək üçün daha çox imkanlar” verəcək və Vaşinqtonun fikrincə, Rusiyanı danışıqlara sövq edəcək.
Məsələyə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov da münasibət bildirib.
"Rusiya Federasiyası ona və ya Belarus Respublikasına qarşı adi silahlardan istifadə etməklə, suverenlik və ya ərazi bütövlüyü üçün kritik təhlükə yaradan təcavüz halında nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır. Nüvə dövlətinin iştirakı və ya dəstəyi ilə hər hansı qeyri-nüvə dövlətinin Rusiya Federasiyasına təcavüzü birgə hücum hesab olunur", - prezidentin mətbuat katibi bildirib.