İranın yol və şəhərsalma nazirinin müavini və Dəmiryolları Təşkilatının rəhbəri Cabbarəli Zakeri deyib ki, Azərbaycanla bağlanan müqavilələrdən biri də İran ərazisində və Araz çayının cənub hissəsində dəmir yolunun tikintisidir. Azərbaycan hökuməti bildirib ki, bu layihə onun vəsaiti hesabına tikiləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Zakeri məlumat verib.
"Müqavilələrin dərhal həyata keçirilməsi üçün Azərbaycan tərəfi Ağbənddə birgə körpü inşa edir. Bu körpüdə həm dəmir yolu, həm də avtomobil yolu nəzərdə tutulub və xoşbəxtlikdən layihə icra olunur. Azərbaycanla əldə olunan razılaşmaların ikinci hissəsinə İran ərazisində və Arazın cənubunda dəmir yolunun tikintisi daxildir”, - deyə, Zakeri vurğulayıb.
Onun sözlərinə görə, Naxçıvandan açıq sulara daşınan yüklərin dəmir yolu ilə Bakıya çatdırılmasına ehtiyacı var və təbii ki, yüklər Azərbaycan Astarasından İran Astarasına daşınacaq və bu da Şimal-Cənub dəhlizinin gücləndirilməsinə öz töhfəsini verəcək.