Dünya xəbərləri

Abxaziya prezidenti Aslan Bjaniya müxalifətin tələblərinə baxmayaraq, vəzifəsində qaldığını bildirib. 

Crossmedia.az xarici KİV-ə əsasən xəbər verir ki, o vurğulayıb ki, prezident, baş nazir, nazirlik rəhbərləri öz yerlərində qalıblar və işlərini davam etdirəcəklər. Bjaniya təxribatlara uymamağa çağırıb və qeyd edib ki, müxalifətlə danışıqlar aparılır.

Məlum olduğu kimi, Bjaniya doğulduğu Tamış kəndinə getməyi planlaşdırır və orada fəaliyyətini davam etdirəcək. 

Xatırladaq ki, cümə günü abxaz müxalifəti hökumət binaları kompleksini ələ keçirərək prezidentin istefasını tələb edib. Daha sonra ofisin qapısında onun adı yazılmış lövhəni götürüblər.

Gültac Mehdizadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il