ABŞ Yaxın Şərqdə mövcudluğunu gücləndirir.
Crossmedia.az "Associated Press"-ə istinadən bildirir ki, Amerikanın Müdafiə naziri Lloyd Ostin bölgəyə əlavə hərbi güc göndərilməsi ilə bağlı, eləcə də tanker təyyarələri və Hərbi Dəniz Qüvvələrinə məxsus esmineslərin yerləşdirilməsinə dair göstərişlər verib.
Hazırda bölgədə olan "USS Abraham Linkoln" təyyarədaşıyan gəmisi və tapşırıq qrupunun üç esminesi noyabrın ortalarında ABŞ-yə qayıdacaq.
Ostin onu da qeyd edib ki, hava dəstəklərini gücləndirmək üçün əlavə döyüş təyyarələri eskadrilyasını göndərilməsi əmrini verib.
Ləman Məmmədova