COP29

İndiyədək 80-dən çox ölkənin dövlət və hökumət başçıları COP29-da iştirak edib.

Crossmedia.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, konvensiyaya üzv olan 198 tərəf var.

“Bir-iki istisnanı çıxmaq şərti ilə, 198 tərəfdən, demək olar, hamısının nümayəndə heyəti Bakıdadır. Onlar hazırda bu mövzu ilə məşğul olurlar.

Bu və ya digər liderin iştirak edib-etməməsinə gəlincə, Azərbaycan olaraq, bizim qapımız hər kəsin üzünə açıqdır. Biz onların hər birini konfransda görməkdən məmnun olardıq. Biz ancaq konfransın uğuruna köklənməliyik”, - deyə o bildirib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il