Uzun yaşamağın sirri açıqlandı: Yanlız protein kifayət deyil
Yeni araşdırma uzun və sağlam ömür üçün yalnız qəbul edilən proteinin miqdarının deyil, onun hansı amin turşularından ibarət olmasının da əhəmiyyətli ola biləcəyini göstərib. Tədqiqatda xüsusilə orqanizmin qida vasitəsilə aldığı əvəzolunmaz amin turşusu metioninin balanslı istehlakı ön plana çıxıb. Nəticələr bitki əsaslı və Aralıq dənizi tipli qidalanmanın metabolik sağlamlıq və sağlam yaşlanma baxımından üstünlüklərini bir daha gündəmə gətirib.
Crossmedia.az xəbər verir ki, uzun və sağlam həyat dedikdə adətən az yemək, ideal çəkini qorumaq və kalori qəbulunu azaltmaq ağla gəlir. Lakin yeni araşdırma göstərir ki, yaşlanma prosesində yalnız nə qədər protein qəbul etdiyimiz deyil, həmin proteinin tərkibində hansı amin turşularının olduğu da mühüm rol oynaya bilər. Xüsusilə metionin adlı əvəzolunmaz amin turşusu alimlərin sağlam qocalma ilə bağlı araşdırmalarında diqqət mərkəzinə çevrilib.
Araşdırma nəticələri proteinin mənbəyinin və amin turşusu tərkibinin qidalanma modelində nəzərə alınmasının vacibliyinə işarə edir. Tədqiqatçılar uzunömürlülüklə əlaqələndirilən qidalanma modelində tərəvəz, meyvə, tam taxıl və paxlalıların üstünlük təşkil etdiyi Aralıq dənizi tipli menyuya diqqət çəkiblər.
18:09 16.08.2026
Oxunuş sayı: 55