Belçikanın yaşıl cənnəti alov içində - Tarixinin ən böyük yanğını minlərlə hektarı məhv etdi
Belçikanın şərqində yerləşən Yüksək Fens bölgəsində ölkə tarixində qeydə alınan ən böyük yanğınlardan biri baş verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, geniş əraziyə yayılan yanğın nəticəsində təxminən 2700 hektar torpaq sahəsi məhv olub.
Güclü meşə yanğını böyük təbii əraziləri əhatə edib və Belçikada son illərin ən genişmiqyaslı yanğın hadisələrindən birinə çevrilib.
Yanğının söndürülməsi və alovun daha geniş ərazilərə yayılmasının qarşısının alınması üçün tədbirlər davam etdirilir.
11:55 16.08.2026
Oxunuş sayı: 45