Rusiya Ukraynanın PUA idarəetmə məntəqəsini vurub
Rusiya hərbi pilotları Donetsk Xalq Respublikasının (DXR) Dobropolyе yaşayış məntəqəsində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) idarəetmə məntəqəsini məhv edib.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir.
Məlumata görə, hədəfə dörd ədəd FAB-500 aviasiya bombası ilə zərbə endirilib.
Bildirilib ki, əməliyyat nəticəsində Ukrayna ordusunun PUA bölməsinin idarəetmə infrastrukturu sıradan çıxarılıb.
11:35 16.08.2026
Oxunuş sayı: 51