Kim Çen Indan Putinə xüsusi mesaj - Rusiya ilə fəxr edirik
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə cavab teleqramı göndərib.
Koreya Mərkəzi ˝Teleqraf˝ Agentliyinə istinadən xəbər verir.
Kim Çen In teleqramda Qırmızı Ordunun Koreyanın Yapon işğalından azad edilməsindəki rolunu vurğulayıb.
KXDR lideri, həmçinin Rusiya ilə mövcud münasibətlərdən qürur duyduğunu bildirib və iki ölkə arasındakı əlaqələrin əhəmiyyətini qeyd edib.
12:30 16.08.2026
Oxunuş sayı: 40