Britaniya dronları ilk dəfə Rusiyanın dərinliklərinə çatıb
Britaniyanın pilotsuz uçuş aparatlarının (PUA) ilk dəfə Rusiyanın dərin ərazilərinə endirilən zərbələrdə istifadə olunduğu iddia edilir.
Crossmedia.az “The Sunday Times” qəzeti istinadən xəbər verir.
Britaniya istehsalı olan PUA-lar Volqoqrad və Yaroslavl şəhərlərində yerləşən neft emalı zavodlarına qarşı həyata keçirilən hücumlarda tətbiq edilib.
Məlumata görə, istifadə olunan dronlar arasında Britaniyanın Uiltşir qraflığında yerləşən Callen-Lenz şirkəti tərəfindən istehsal edilən Nyan modeli də olub.
11:40 16.08.2026
Oxunuş sayı: 55