Gürcüstan Rusiya sərhədində keçid məntəqəsini bağladı
Gürcüstan daşqın təhlükəsi səbəbindən Rusiya ilə sərhəddə yerləşən keçid məntəqəsinin fəaliyyətini müvəqqəti dayandırıb.
Crossmedia.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi Devdoraki dərəsində dəyişikliklərin erkən xəbərdarlıq sistemi tərəfindən qeydə alındığını bildirib.
Nazirliyin məlumatına görə, protokola uyğun olaraq keçid məntəqəsində olan vətəndaşlar təxliyə edilib. Təhlükəsizlik tədbiri kimi sərhədə yaxın Qveleti kəndi ərazisində avtomobillərin hərəkəti də məhdudlaşdırılıb.
17:33 13.08.2026
Oxunuş sayı: 58