"Şəfa" Luis Felipe da Silva Rodrigezlə müqavilə imzalayıb
"Şəfa" klubu növbəti futbolçu transferini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.
Klub Luis Felipe da Silva Rodrigezlə anlaşıb. 25 yaşlı braziliyalı hücumçu ilə "1+1" illik müqavilə imzalanıb.
Xatırladaq ki, oyunçu son olaraq Albaniyanın "Vora" klubunda çıxış edib. Ölkəsində isə "Boavişta", "Parana", "Kaldense", "Banqu Atletiko", "Sentro Sportivo Alaqoano", "İpatinqa" və "Volta Redonda" klublarının formasını geyinib.
17:49 12.08.2026
Oxunuş sayı: 43