Mikayıl Müşfiq repressiyada ölməyib - Şok faktlar
Son günlər sosial şəbəkələrdə mərhum şair, repressiya qurbanı Mikayıl Müşfiqin vəfatı ilə bağlı iddialar yayılıb. İddialarda qeyd olunur ki, Mikayıl Müşfiq repressiya qurbanı olmayıb, yazdığı “Qız qalası” əsərinə görə Bakı qoçuları tərəfindən Azərbaycandan qovulub və Moskvada yaşamağa başlayıb.

Mövzu ilə bağlı tarixçi Ədalət Tahirzadə Crossmedia.az-a açıqlama verib:
“Bunlar tamam boş iddialardır. Bu adamın məhbus şəkili var, istintaq sənədləri var ortada. Bu adama görə arvadını tutublar, arvadı dəli olub, xəstəxanaya düşüb. Bu boş-boş şeylərlə camaatın başına qatmaqdan ötrü atırlar ortaya. Çox üzülürəm, başdanxarab adamlardır. Ya özlərini tanıtmaqdan ötrü, ya da başqa bir şeydən ötrü belə şeylər edirlər. Buna fikir bildirməyi hətta özümə rəva bilmirəm”.
Tarixçi qeyd edib ki, bu tamam cəfəng bir şeydir: “Amma o başqa məsələdir ki, Mikayıl Müşfiqin ölümü haqqında dəfələrlə fikir bildirmişəm. Onun ölümü haqqında mötəbər bir hüquq işçisindən, prokurordan aldığım məlumatı öz Facebook səhifəmdə paylaşmışam ki, onu divarda hörüblər. Canlı-canlı hörüblər. Təhlükəsizlik orqanlarında da bu haqda izahat vermişəm və dediklərimi də təsdiqləmişəm. İndi nə dərəcədə düzgündür, ya yanlışdır, bunu artıq mən yox, başqaları təsdiq etməlidirlər. Bu haqda daha çox danışmaq istəmirəm”.
Ayhan
13:00 11.08.2026
Oxunuş sayı: 53