“Terrorsuz Türkiyə” qanunu qəbul edildi
Türkiyə parlamenti “Türkiyə terrorizmsiz” prosesi çərçivəsində hazırlanmış “Milli birliyin və sosial inteqrasiyanın gücləndirilməsi haqqında” qanun layihəsini qəbul edib.
Crossmedia.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin yaydığı məlumata görə, qanun layihəsi parlamentin plenar iclasında müzakirə olunaraq qüvvəyə minib.
Qanun layihəsinin plenar iclasda müzakirəsi təxminən 12 saat davam edib. Səsvermə zamanı sənədin lehinə 468 deputat səs verib, 88 deputat əleyhinə çıxıb, 6 deputat isə bitərəf qalıb.
Qəbul edilən qanun “Türkiyə terrorizmsiz” prosesi çərçivəsində milli birliyin və sosial inteqrasiyanın gücləndirilməsini nəzərdə tutur.
09:41 11.08.2026
Oxunuş sayı: 44