41 zorakılıq qurbanına sosial dəstək – 25-i UŞAQDIR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfəri sosial reabilitasiya xidmətləri ilə təmin edib.
Nazirlikdən Crossmedia.az-a verilən məlumata görə, onlardan 25-i uşaqlardır.
Bildirilib ki, onlar Agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində xidmətlərə cəlb olunublar.
Həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə işlər aparılıb.
14:33 10.08.2026
Oxunuş sayı: 42