Tramp Ukraynanın Rusiyaya zərbələrini danışıqlara hazırlıq kimi görür
ABŞ Prezidenti Donald Trampın Ukraynanın Rusiyaya endirdiyi zərbələrə əvvəlki ilə müqayisədə daha müsbət yanaşdığı və onları mümkün danışıqların başlanğıcı kimi qiymətləndirdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, "The Atlantic" bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Ukraynaya kəşfiyyat məlumatları ötürməkdə davam edir. Bu məlumatlar Ukrayna ərazisində Rusiya qoşunlarına, eləcə də Rusiyadakı enerji infrastrukturu obyektlərinə zərbələrin endirilməsinə kömək edir.
Bildirilib ki, bu siyasətdə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin də rolu var. Nəşrin mənbələri onun qolf oynayarkən Trampa Rusiya ordusunun itkiləri barədə məlumatlar təqdim etdiyini və bu rəqəmin ayda 40 mindən çox olduğunu bildiriblər.
"The Atlantic" yazır ki, ABŞ-da hazırda Ukrayna münaqişədə üstün tərəf kimi qiymətləndirilir. Bu səbəbdən Trampın Kiyevə dəstəyi dayandırmaqdan əvvəlki qədər çəkindiyi qeyd olunur.
Nəşrin materialında Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya neft emalı zavodlarına gecə zərbələrini "uzaqmənzilli sanksiyalar" adlandırdığı da vurğulanır.
"The Atlantic" ehtimal edir ki, Tramp bu zərbələri İranla bağlı mövqeyində olduğu kimi, danışıqlara hazırlıq mərhələsi kimi nəzərdən keçirə bilər.
13:57 10.08.2026
Oxunuş sayı: 57