Çernobıl yeni hücum ehtimalına qarşı hazırlanır
Ukrayna ordusu Çernobılın istisna zonasında mümkün yeni hücum ssenarilərinə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, "Der Spiegel" bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, istisna zonasında müdafiə mövqeləri qurulur, səngərlər qazılır və qoruyucu örtüklər hazırlanır. Yollarda isə pilotsuz uçuş aparatlarından müdafiə məqsədilə torlarla təchiz edilmiş hündür metal konstruksiyalar quraşdırılır.
Bildirilib ki, Belarus Çernobıldan cəmi 15 kilometr məsafədə yerləşir. Vəziyyətin gərginləşəcəyi təqdirdə ərazinin FPV dronlarının birbaşa zərbə məsafəsində qala biləcəyi qeyd olunur.
13:45 10.08.2026
Oxunuş sayı: 46