Almaniyada “aclıq daşları” üzə çıxdı...
Almaniyanın Elba çayında uzunmüddətli quraqlıq səbəbindən tarixən “aclıq daşları” adlandırılan daşlar üzə çıxıb.
Crossmedia.az xəbər verir ki, DPA bu barədə məlumat yayıb.
“Acıq daşları” çaylarda suyun səviyyəsinin təhlükəli dərəcədə aşağı düşdüyünü göstərən tarixi nişanlardır. Keçmişdə belə daşların üzə çıxması məhsuldarlığın azalması və aclıq təhlükəsinin xəbərçisi hesab olunurdu.
Hidrologların məlumatına görə, Pirna ərazisində Elba çayının su səviyyəsi uzun müddətdir bir metrdən xeyli aşağıdır.
Drezdendə isə çayın dərinliyi cəmi 54 santimetrə qədər azalıb.
21:28 09.08.2026
Oxunuş sayı: 38