Moskvada həyəcan: PUA təhlükəsi elan edildi
Moskva vilayətində pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi elan edilib.
Crossmedia.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin (RSÇS) regional xəbərdarlıq sistemi bu barədə məlumat yayıb.
Bölgə sakinlərindən evdə qalmaq və pəncərələrə yaxınlaşmamaq xahiş olunub.
Küçədə və ya avtomobildə olan şəxslərə təhlükəsiz binaya, yeraltı keçidə və ya parkinqə keçərək sığınmaq tövsiyə edilib.
Hazırda hadisə ilə bağlı əlavə məlumat verilməyib.
21:01 09.08.2026
Oxunuş sayı: 41