Ərdoğan Ştokeri Türkiyəyə dəvət etdi – gündəmdə mühüm məsələlər
Avstriyanın federal kansleri Kristian Ştoker Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə rəsmi səfər edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran Sosyal hesabında paylaşım edib.
Bildirilib ki, səfər çərçivəsində Türkiyə ilə Avstriya arasındakı çoxşaxəli münasibətlər bütün istiqamətləri üzrə müzakirə olunacaq və mövcud əməkdaşlığın inkişaf etdirilməsi üçün atıla biləcək addımlar nəzərdən keçiriləcək.
Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparılacağı qeyd olunub.
20:10 09.08.2026
Oxunuş sayı: 44