İran ABŞ müttəfiqlərinə xəbərdarlıq edib
İrana hücum üçün ABŞ-yə kömək edən hər bir ölkə raketlərin hədəfi olacaq.
Crossmedia.az “ISNA”-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Əli Nikzad deyib.
"İranın Hörmüz boğazı üzərindəki suverenliyinin pozulması qəbuledilməzdir", - o bildirib və hazırda ABŞ ilə danışıqların aparılmadığını xatırladıb.
Ə. Nikzadın sözlərinə görə, beynəlxalq təsisatlarda İsrail və ABŞ-nin maraqlarına yönəlmiş qətnamələr sülhə yox, müharibəni alovlandırmağa xidmət edir: "Silahlı Qüvvələr İrana hücum etmək üçün regiondan sui-istifadə edilməsinə icazə verməyəcək".
13:54 09.08.2026
Oxunuş sayı: 53