Rusiya XİN: NATO tarixinin ən ağır böhranını yaşayır
Rusiya Xarici İşlər Nazirliyi NATO daxilində ciddi böhran yaşandığını iddia edib.
Crossmedia.az ˝TASS˝ istinadən xəbər verir ki, bunu Rusiya XİN-in İkinci Avropa departamentinin direktoru Yuri Pilipson bildirib.
Diplomatın sözlərinə görə, alyans daxilindəki böhran NATO tarixinin ən ağır mərhələsi kimi qiymətləndirilir.
Pilipson qeyd edib ki, Sloveniyada ölkənin NATO üzvlüyü ilə bağlı referendum keçirilməsi ideyasının müzakirəyə çıxarılması da alyans daxilində fikir ayrılıqlarının göstəricisidir.
Bundan əvvəl Sloveniya Dövlət Assambleyasının sədri Zoran Stevanoviç noyabrda yerli seçkilərlə eyni vaxtda ölkənin NATO üzvlüyü ilə bağlı referendum keçirilməsini təklif etmişdi.
Rusiya XİN nümayəndəsi bildirib ki, NATO-nun aparıcı üzvləri arasında ziddiyyətlərin dərinləşməsi alyans daxilindəki gərginliyi artırır və Sloveniya kimi ölkələrdə bu mövzuda gedən müzakirələr daxili fikir ayrılıqlarının əksi kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, Sloveniya 2004-cü ildən NATO üzvüdür.
13:21 09.08.2026
Oxunuş sayı: 43