İran ABŞ ilə danışıqlar aparmadığını açıqladı: Yalnız mesaj mübadiləsi var
İranın xarici işlər naziri Abbas Araqçi Tehranla Vaşinqton arasında hazırda birbaşa danışıqların olmadığını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Araqçi tərəflər arasında vasitəçilər üzərindən mesaj mübadiləsinin davam etdiyini deyib.
“Buna danışıqlar deyil, mesaj mübadiləsi deyilir”, – deyə İran XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, vasitəçilər danışıqların bərpası üçün zəmin yaratmağa çalışırlar. Lakin Tehran hesab edir ki, əvvəlcə anlaşma memorandumunun pozulması ilə bağlı məsələlər həll edilməli və ABŞ tərəfindən vurulan zərər kompensasiya olunmalıdır.
Araqçi qeyd edib ki, bu şərtlər yerinə yetirilməyənədək İran ABŞ ilə danışıqların bərpası imkanını görmür.
13:20 09.08.2026
Oxunuş sayı: 44