Dost axtaranlara xəbər: Psixoloq təhlükəsiz addım metodunu açıqladı
Mütəxəssislər böyüklərin yeni dostluqlar qurmaq üçün maraq dairəsinə uyğun onlayn icmalardan istifadə edə biləcəyini bildirir.
Crossmedia.az ˝360.ru˝-ya istinadən xəbər verir ki, psixoloq Anatoli Abaşin insanların əvvəlcə internetdə tanış olub, daha sonra real görüşlərə keçməsinin daha asan olduğunu deyib.
Onun sözlərinə görə, insan əvvəlcə uzaqdan müşahidə edir, həmin mühitin təhlükəsiz olduğunu anlayır və bundan sonra ünsiyyəti dərinləşdirməyə hazır olur.
“İnsan əvvəlcə baxmalıdır: burada təhlükəsizdir, sınamağa dəyər. Sınayır, bunun təhlükəsiz olduğuna əmin olur və növbəti addımı atmağa hazırlaşır”, – deyə psixoloq bildirib.
Abaşin uğursuz tanışlıqlardan sonra cəhdləri dayandırmamağı tövsiyə edib. Onun fikrincə, başqa icmaları sınamaq və ya daha uyğun zamanı gözləmək yeni münasibətlər qurmağa kömək edə bilər.
13:00 09.08.2026
Oxunuş sayı: 54