Hollivudda süni intellekt aktyorları əvəz edəcək?
Süni intellekt (Sİ) Hollivudda kino istehsalının demək olar ki, bütün mərhələlərinə daxil olmağa başlayıb.
Crossmedia.az “The Economist”-ə istinadən xəbər verir ki, süni intellektdən ssenari hazırlığı, çəkilişlərin planlaşdırılması, kadrların yaradılması, montaj və kontentin mobil platformalara uyğunlaşdırılması proseslərində istifadə olunur.
Məlumata görə, ilin əvvəlindən etibarən təxminən 300 layihədə süni intellektdən istifadə edib. ˝The American Experiment˝ serialında isə təxminən 17 dəqiqəlik material İİ vasitəsilə hazırlanıb ki, bu da bəzi səhnələrin hazırlanma vaxtını iki dəfə azaltmağa və xərcləri təxminən yarıya endirməyə imkan verib.
Ekspertlər bildirirlər ki, süni intellekt hələlik aktyorları və rejissorları əvəz etmir. Əsas məqsəd xərcləri azaltmaq, əvvəllər çox bahalı və ya təhlükəli olan səhnələri yaratmaqdır. Məsələn, Young Washington layihəsində aktyorları riskə atmadan güclü su axını səhnəsi İİ köməyi ilə hazırlanıb.
Bununla yanaşı, aktyorların süni intellektə münasibəti də dəyişir. 2023-cü ildəki narahatlıqlardan sonra bir çox sənətçi razılıq, nəzarət və ödəniş şərtləri qorunacağı halda bu texnologiya ilə işləməyə hazır olduğunu bildirir.
Hollivudda əsas mübahisəli məsələ isə müəllif hüquqları və aktyorların xarici görünüşünün icazəsiz istifadəsi olaraq qalır.
“The Economist” baş verənləri Hollivudun rəqəmsal kameralara keçidi ilə müqayisə edir: ilk vaxtlar bu texnologiya da peşələr üçün təhlükə kimi qəbul edilirdi, lakin sonradan kino sənayesinin standartına çevrildi.
12:25 09.08.2026
Oxunuş sayı: 60