Yaxın Şərqdə alovlanan gərginlik: Neft obyektinə hücum edilib
Yəməndəki husilər Səudiyyə Ərəbistanının dövlət neft şirkətinin Cizan şəhərində yerləşən neft emalı zavoduna hücum etdiklərini açıqlayıblar.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi bəyanat yayıb.
Məlumata görə, hücum nəticəsində zavod ərazisində yanğın baş verib. Səudiyyə Ərəbistanının Energetika Nazirliyi isə bildirib ki, avqustun 9-da obyektlərdən birində başlayan yanğın tamamilə söndürülüb.
Hadisənin nəticələri və obyektə dəymiş mümkün zərərin miqyası barədə əlavə məlumat verilməyib.
12:05 09.08.2026
Oxunuş sayı: 56