Gecə hücumu faciəyə çevrildi: Belqorodda ölənlərin sayı artıb
Rusiya ərazisində yerləşən Belqorod şəhərinə gecə saatlarında PUA hücumu nəticəsində ölən və yaralananların olduğu bildirilib.
Crossmedia.az ˝TASS˝ istinadən xəbər verir ki, Belqorod vilayətinin rəhbərliyinin məlumatına görə, hücum nəticəsində üç nəfər həyatını itirib.
Məlumata əsasən, hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi tərəfindən terror aktı maddəsi ilə cinayət işi açılıb.
Bildirilib ki, hücum zamanı yaralananların sayı 25 nəfərə yüksəlib. Onların arasında 4 və 9 yaşlı uşaqlar da var.
Uşaqlardan birinin xəstəxanaya yerləşdirildiyi, vəziyyətinin orta ağır qiymətləndirildiyi qeyd olunub.
Rusiya hücumun Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-larla həyata keçirildiyini bildirib. Ukrayna ilə bağlı müstəqil təsdiqlənmiş məlumat verilməyib.
11:55 09.08.2026
Oxunuş sayı: 44