Rusiya Odessadakı liman obyektlərinə zərbələr endirib
Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətində Ukrayna ordusunun maraqları üçün istifadə olunan liman və digər obyektlərə yeni zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, Odessada yanacaq-sürtkü materialları və hərbi əmlak anbarları, həmçinin limanın yükləmə-boşaltma kompleksi vurulub.
Çernomorsk şəhərində isə yanacaq-sürtkü materialları və hərbi əmlak anbarlarının hədəfə alındığı bildirilib.
Həmçinin Odessadan 27-28 kilometr məsafədə yerləşən Belayar və Novıye Belıary yaşayış məntəqələrində Ukrayna Silahlı Qüvvələri üçün yanacaq saxlanılan anbarların vurulduğu qeyd edilib.
Rusiya Müdafiə Nazirliyi zərbələrin nəticələri barədə əlavə məlumat verməyib.
10:36 09.08.2026
Oxunuş sayı: 44