Türkiyə Ukraynaya köhnə ABŞ silahlarını verə bilər
Türkiyənin öz arsenalındakı köhnəlmiş silahların bir hissəsini, o cümlədən MLRS reaktiv yaylım atəş sistemlərinin buraxılış qurğuları və ATACMS ballistik raketlərini Ukraynaya ötürə biləcəyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “Sputnik Ermənistan” bu barədə ABŞ Dövlət Departamentinin sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət ümumi dəyəri təxminən 256 milyon dollar olan silahlardan gedir. Sənədlərdən birində qeyd olunur ki, mümkün təhvilin səbəbi Türkiyənin mövcud sistemlərini modernləşdirmək məqsədilə köhnəlmiş silah ehtiyatlarını azaltmaq istəyidir.
Bildirilir ki, sözügedən silahlar arasında MLRS sistemləri üçün buraxılış qurğuları və ATACMS ballistik raketləri də ola bilər.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə daha əvvəl bəyan edib ki, Ukrayna üçün silah daşıyan istənilən yük Rusiya tərəfindən qanuni hədəf hesab ediləcək.
10:09 09.08.2026
Oxunuş sayı: 53