Rusiya ordusu Ukraynada hərbi anbarlara zərbələr endirib
Rusiya hərbçiləri “Geran” pilotsuz uçuş aparatları ilə Ukraynanın Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus anbarlara zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, həmin anbarlarda pilotsuz uçuş aparatları və radioelektron avadanlıqlar saxlanılıb.
Məlumatda zərbələrin nəticələri ilə bağlı əlavə təfərrüat açıqlanmayıb.
09:58 09.08.2026
Oxunuş sayı: 60