Finlandiya Ukraynaya patriot raketləri verməyəcək
Finlandiya Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlər göndərməyəcək.
Crossmedia.az xəbər verir ki, "RIA Novosti" Finlandiyanın müdafiə naziri Antti Hakkanenin açıqlamasına istinadən məlumat yayıb.
Nazir bildirib ki, Finlandiya hava hücumundan müdafiə sahəsində daimi döyüş hazırlığını təhlükə altına ata bilməz.
Hakkanenin sözlərinə görə, silah çatışmazlığı problemini ABŞ həll etməlidir. O, Vaşinqtonu raketlərin istehsalını sürətləndirməyə çağırıb.
09:37 09.08.2026
Oxunuş sayı: 66