Rus deputatdan Polşaya tələb: Torpaqları geri qaytarın
Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik Polşaya qarşı qalmaqallı açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Kolesnik Polşa Prezidenti Karol Navroçkinin moskallar ifadəsinə münasibət bildirərkən Rusiyaya torpaq qaytarılması barədə danışıb.
Deputat iddia edib ki, Polşa İkinci Dünya müharibəsi illərində Qızıl Ordu tərəfindən azad edilən əraziləri Rusiyaya qaytara bilər.
Kolesnik bildirib ki, Polşanın azad olunması zamanı təxminən 600 min sovet əsgəri həlak olub.
Onun sözləri Polşa-Rusiya münasibətləri fonunda yeni müzakirələrə səbəb olub.
23:59 08.08.2026
Oxunuş sayı: 67