Dmitriyevdən Aİ-yə sərt ittiham: Enerji böhranını özləri yaratdılar
Avropa İttifaqının (Aİ) enerji böhranı ilə üzləşdiyi və bunun öz siyasətinin nəticəsi olduğu iddia edilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev açıqlama verib.
Onun sözlərinə görə, Aİ Rusiyadan qaz idxalından imtina etməklə hazırkı enerji çətinliklərini özü yaradıb.
Dmitriyev bildirib ki, Almaniyada qaz anbarlarının doluluq səviyyəsi 47,6 faiz, Niderlandda isə 38,5 faiz təşkil edir. Onun sözlərinə görə, bu göstəricilər əvvəlki illərdə müvafiq olaraq təxminən 75 və 77 faiz səviyyəsində olub.
Rusiya rəsmisi hesab edir ki, Avropanın enerji siyasəti bölgədə əlavə risklər yaradıb.
23:50 08.08.2026
Oxunuş sayı: 60