48 saatlıq geri sayım başladı - Kiyev üçün raket xəbərdarlığı
ABŞ kəşfiyyatının Kiyev və ətraf bölgə ilə bağlı mümkün raket hücumu barədə xəbərdarlıq etdiyi iddia olunur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, yaxın 48 saat ərzində Kiyev vilayətinə 20-dək ballistik raketin buraxıla biləcəyi bildirilir.
Məlumata əsasən, söhbət mümkün hücum ssenarisindən gedir. Rəsmi mənbələr tərəfindən bu məlumatın təsdiqlənməsi ilə bağlı açıqlama verilməyib.
Ukrayna paytaxtı və ətrafında hava hücumundan müdafiə hazırlığı fonunda vəziyyət izlənilir.
22:50 08.08.2026
Oxunuş sayı: 54