Zelenski: Serbiya Ukraynaya 2 milyon avro yardım ayıracaq
Serbiya Ukraynaya qış mövsümü öncəsi enerji sahəsinə dəstək üçün 2 milyon avro vəsait ayıracaq.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.
Məlumata görə, tərəflər iqtisadiyyat, logistika və Dunay dəhlizinin inkişafı sahəsində birgə layihələri də müzakirə ediblər.
Zelenskinin sözlərinə görə, ayrılan maliyyə Ukraynanın enerji infrastrukturunun qışa hazırlığına yönəldiləcək.
22:10 08.08.2026
Oxunuş sayı: 62