Xorvatiyada qorxulu qəza: İki qatar toqquşub
Xorvatiyada sərnişin və yük qatarlarının toqquşması nəticəsində azı 19 nəfər xəsarət alıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, altı sərnişin ağır, daha 13 nəfər isə yüngül xəsarət alıb. Yaralılara tibbi yardım göstərilib.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Qəzanın digər detalları açıqlanmayıb.
21:50 08.08.2026
Oxunuş sayı: 55