Fars körfəzində yeni gərginlik: Hərbi təyyarələr hərəkətə keçib
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir neçə yanacaq dolduran təyyarənin İsraildəki bazalardan Fars körfəzi istiqamətində uçuş həyata keçirdiyi bildirilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, təyyarələr regionda artan gərginlik fonunda hərəkət edib. Lakin uçuşların konkret məqsədi və missiyası barədə rəsmi açıqlama verilməyib.
Hadisə ABŞ-nin Yaxın Şərqdəki hərbi fəaliyyətləri ilə bağlı yeni suallar yaradıb.
21:10 08.08.2026
Oxunuş sayı: 61