İrandan kritik açıqlama: ABŞ-nin başqa yolu qalmayıb
İran ordusunun nümayəndəsi Əmir Əkrəminiya ABŞ-nin Hörmüz boğazı ilə bağlı Tehranın yaratdığı yeni nizamı qəbul etməli olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Əkrəminiyanın sözlərinə görə, bu yeni vəziyyət geri dönməz xarakter daşıyır.
“ABŞ-nin mövcud vəziyyəti qəbul etməkdən başqa seçimi yoxdur. Əks halda, keçmişdə üzləşdiyindən daha böyük xərclərlə qarşılaşacaq”, – deyə İran rəsmisi bildirib.
O qeyd edib ki, Vaşinqtonun qarşısında duran əsas seçim regionda yaranmış yeni reallıqla hesablaşmaqdır.
20:47 08.08.2026
Oxunuş sayı: 52