Rusiya MN: Odessa limanında hərbi anbarlar vurulub
Rusiya Müdafiə Nazirliyi Odessa limanında hərbi təyinatlı obyektlərin vurulduğunu açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin məlumatına görə, Rusiya Silahlı Qüvvələri Odessa limanında rabitə avadanlıqları və radioelektron mübarizə (RƏM) vasitələri saxlanılan hərbi anbarlara zərbələr endirib.
Məlumata görə, əməliyyat nəticəsində Ukrayna ordusuna aid hərbi infrastruktur obyektlərinin hədəf alındığı bildirilib.
Ukrayna ilə bağlı bu iddialara dair müstəqil təsdiq və ya açıqlama verilməyib.
19:10 08.08.2026
Oxunuş sayı: 49