Paşinyan və Tramp TRIPP layihəsinin icrasının cari vəziyyətini müzakirə ediblər
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Paşinyan 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüşün təşkilinə görə Trampa təşəkkür edib.
Həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri arasında sülh bəyannaməsi imzalanmışdı.
Telefon danışığı zamanı “Tramp marşrutu” adlandırılan layihə də müzakirə olunub. Layihənin Ermənistan ərazisindən keçərək Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməsi nəzərdə tutulur.
Tərəflər marşrut üzrə tikinti işlərinə başlanılması ilə bağlı qətiyyətlərini təsdiqləyiblər.
18:46 08.08.2026
Oxunuş sayı: 48