Bakı-Ankara əməkdaşlığında rekord addım: 15 illik qaz planı açıqlanıb
Türkiyə Azərbaycanın neft-qaz yataqlarında müxtəlif yeni layihələrin icrasında iştirak etməyə hazır olduğunu açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Nazirin sözlərinə görə, Ankara və Bakı arasında əməkdaşlıq yalnız yataqların işlənməsi ilə məhdudlaşmır, eyni zamanda enerji resurslarının dünya bazarlarına tədarükünü də əhatə edir.
Bayraktar iyunun 1-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), Türkiyənin BOTAŞ şirkətinin, Fransanın TotalEnergies və Birləşmiş Ərəb Əmirliklərinin ADNOC şirkətinin iştirakı ilə imzalanan sazişi xatırladıb.
O bildirib ki, 2029-cu ildən başlayaraq Azərbaycan 15 il ərzində Türkiyəyə ümumilikdə 33 milyard kubmetr təbii qaz tədarük edəcək.
Nazirin sözlərinə görə, Türkiyə hazırda Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqlarının işlənməsində iştirak edir.
18:36 08.08.2026
Oxunuş sayı: 55