Serbiya Prezidenti narahatlığını açıqladı: Müharibənin sonu görünmür
Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynadakı müharibənin yaxın zamanda başa çatacağına ümid etmədiyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Vuçiç bu barədə Belqradda Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.
“Müharibənin tezliklə başa çatacağına əmin deyiləm. Qorxuram ki, həm Ukrayna, həm də hamımız üçün qarşıda ağır qış var. Müharibənin sürətli başa çatması üçün yol görmürəm”, – deyə Serbiya lideri bildirib.
Vuçiç, həmçinin qeyd edib ki, Ukrayna Avropa İttifaqına üzvlük yolunda Serbiyanın dəstəyinə arxalana bilər.
Serbiya Prezidenti əlavə edib ki, Belqrad BMT Nizamnaməsini və bütün dövlətlərin, o cümlədən Ukraynanın ərazi bütövlüyü prinsipini dəstəkləyir.
18:22 08.08.2026
Oxunuş sayı: 49