Serbiya Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyəcəyini açıqlayıb
Serbiya Ukraynanın Avropa İttifaqına (Aİ) daha tez qoşulması üçün mümkün olan bütün dəstəyi göstərəcəyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Ukrayna lideri Volodimir Zelenski ilə görüşdən sonra açıqlayıb.
Vuçiç qeyd edib ki, Serbiya Kiyevə Aİ-yə üzvlük prosesində kömək etmək üçün əlindən gələni edəcək.
Görüş zamanı iki ölkə arasında əməkdaşlıq, eləcə də Ukraynanın Avropaya inteqrasiyası məsələlərinin müzakirə edildiyi bildirilib.
18:11 08.08.2026
Oxunuş sayı: 50