ABŞ generalı İranla müharibəni bitirməyin yollarını axtarır
ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn İranla müharibəni başa çatdırmağın mümkün yollarını axtarır.
Crossmedia.az xəbər verir ki, "CNN" bu barədə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, general ABŞ administrasiyasının əsas üzvləri ilə bir sıra məxfi görüşlər keçirib. Görüşlərdə mövqelərin razılaşdırılması və ABŞ Prezidenti Donald Trampa münaqişənin daha da genişlənməsinin mümkün risklərinin çatdırılması müzakirə olunub.
ABŞ hərbi və kəşfiyyat strukturlarında hava zərbələrinin müəyyən həddə qədər effektiv ola biləcəyi və bunun İranı təslim olmağa məcbur etməyəcəyi ilə bağlı fikirlərin gücləndiyi bildirilir.
Məlumata görə, yüksək dəqiqlikli raketlərin və hava hücumundan müdafiə sistemlərinin ehtiyatlarının azalması da ABŞ üçün ciddi məhdudlaşdırıcı amilə çevrilib.
17:19 08.08.2026
Oxunuş sayı: 51