Zaporojye AES-də xarici enerji təchizatı yenidən kəsilib
Zaporojye Atom Elektrik Stansiyası (AES) şənbə günü xarici elektrik enerjisi təchizatından yenidən ayrılıb.
Crossmedia.az xəbər verir ki, "İnterfaks" bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) istinadən məlumat yayıb.
BAEA-nın məlumatına görə, bu, bir həftə ərzində Zaporojye AES-də xarici enerji təchizatının üçüncü dəfə kəsilməsi olub. Stansiyanın enerji təminatı üçün ehtiyat dizel-generatorlardan istifadə edilib.
Agentlik bildirib ki, bu, mövcud böhran dövründə belə halların 25-ci hadisəsidir. Budəfəki kəsintiyə 330 kilovoltluq "Ferrosplavnaya-1" ehtiyat xəttində baş verən nasazlıq səbəb olub. Nasazlığın səbəbi hələlik məlum deyil.
BAEA vurğulayıb ki, hadisə stansiyanın enerji təchizatındakı vəziyyətin qeyri-sabitliyini və nüvə təhlükəsizliyi ilə bağlı riskləri bir daha göstərir.
17:27 08.08.2026
Oxunuş sayı: 56